Dünya, sənə sirdaş gəlir.
Ən yaxın dost, qardaş gəlir.
Yaşın üstünə yaş gəlir,
Qəmlənmə, Sevinc, qəmlənmə.
Bilinməz düşmənin huyu,
Qazar sənə dərin quyu.
Nəyinə lazım yad suyu,
Dəmlənmə, Sevinc, dəmlənmə.
Gəncliyində alov, atəş,
Indi qocalıqla əlləş.
Həmdəm olsun qızıl günəş,
Nəmlənmə, Sevinc, nəmlənmə
Mənalıdır şeir sətrin,
Dost yanında əziz xətrin.
Xara uyma. Var öz ətrin,
Təmlənmə, Sevinc,təmlənmə.
Sular kimi axıb durul,
Qızıldan, gümüşdən qurul.
Bölünmə.Həmişə vurul,
Cəmlənmə, Seviinc, cəmlənmə.
Kayıt Tarihi : 25.2.2021 05:13:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!