Açı xəyala dalıram,
Çiçəkdən naxış salıram.
Yerimdə donub qalıram,
Həsrətindən üşüyəndə.
Yel tək çapa bilmirəm ki,
Bir iş yapa bilmirəm ki
Cavab tapa bilmirəm ki,
Ayrılıq söz döşüyəndə.
Dar yolları yorursanmı,
Sarı çələng hörürsənmi,
Ayrılığı görürsənmi,
Durub qəmin keşiyində.
01.01.2018
Kayıt Tarihi : 5.5.2018 08:06:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!