Qemden savayı Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3711

ŞİİR


28

TAKİPÇİ

Qemden savayı


Gözümdə göz yaşı dayanmaz daha,
Qəlbimdə məhəbbət oyanmaz daha.
Təbiət min rəngə boyanmaz daha,
Bir kimsəm yox mənim qəmdən savayı.

Üzümə gülənin üzünü gördüm,
Beşini, onunu,yüzünü gördüm.
Güzgüdə ölümün özünü gördüm,
Nə artdı saçımda dəndən savayı.

Həsrətindən bağrım olubdur şan-şan,
Ülkər ulduzuyam göydə sayrışan.
Seyincəm, gəzirəm halı pərişan,
Dərdimə kim yanar səndən savayı.

Sevinc Arzulu
Kayıt Tarihi : 30.6.2018 17:46:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu