Quruyub huyu, görmüşəm,
Bulanıb suyu, görmüşəm.
O qədər quyu görmüşəm,
Qorxutmaz ki çala məni.
Badənə süzülmüş meyəm,
Al parçadan libas geyəm.
Həzin nəğmə deyən neyəm,
Arif olan çala məni.
Bu günü,dünü görənim,
Unudulur bax, törənim.
Hanı igid, mərd ərənim,
Gəlib qəmdən çala məni.
Kayıt Tarihi : 18.6.2019 18:51:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!