Duyğularım olubdur cəm,
Yarı sevinc, yarı da qəm.
Biz ayrılsaq dünya-aləm,
Bir-birinə qarışarmı?
Dərdi- qəmdən ucuz nə var.
Kədər alan çox uduzar.
Yerdə küsən cüt ulduzlar,
Uca göydə barışarmı?
Haqqı-sayım var boynunda,
İlan bəsləmə qoynunda,
Çərxi-fələyin oynunda,
Fərəhlə qəm yarışarmı?
Sevinc Arzulu
Kayıt Tarihi : 29.6.2018 09:59:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!