Qem olub Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Qem olub

Nədən bilmirəm,ey gül,mənə dost tək qəm olub,
Bunca ömür sürmüşəm mən, fərəh-şadlığım kəm olub.
Başımın üstündə hey şimşək çaxıb,yağış yağıb,
Alagöy didələrim qurumayıb heç,nəm olub.

Intizar günlərində üzüm Tanrıya tutmuşam,
Özümü,özlüyümü əbədiyyən unutmuşam.
Kim deyir nakam eşqi xəyaldan ucuz tutmuşam
Içimdə ağlamaqdan səsim tutulub,bəm olub.

Saxtalar parçalanar,izlər görünər həqiqi,
Günəşin al zərrəsi parıldatmaz daş əqiqi.
Qaçıban uzaqlaşar məndən necə də rəfiqim,
Qəlbimin qəm günündə tək ayrılıq həmdəm olub.

Sevinc Arzulu
Kayıt Tarihi : 9.6.2018 16:06:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu