Qem notuna köklenib Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Qem notuna köklenib


Daha xoş xəyala az-az dalıram,
Qüssədən kədərə körpü salıram.
Sən yada düşəndə donub qalıram,
Yeriyə bilməyir şeir köhlənim.

Dünyanın qəmini qəlbdə tək daşı,
Itibdir üzüyün firuzə qaşı.
Bəs nədən axmayır gözümün yaşı,
Əzabmı azalıb, dərdmi köhnəlib.

Bu fani dünyanı etmədim seyr,
Bir acı sevdadan görmədim xeyr.
Mənimtək kövrəkdir yazdığım şeir,
Qəlbim ancaq qəm notuna köklənib.

Sevinc Arzulu
Kayıt Tarihi : 29.6.2018 09:50:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu