Bu yolu sanma ki özüm seçmişəm,
Tanrı buyruğuyla şərbət içmişəm.
Indi fərəhimdən libas biçmişəm.
Qismətim kədərdi, qəm idi əzəl,
Gəlməsin ömrümə bir daha qar-qış,
Duymasın qulaqlar nə nifrin, qarğış.
Şükür ki bulanıq yağmayır yağış,
Alaca gözlərim nəm idi əzəl.
Qəlbimi həsrəti almış.Dinəm də...
Qaranquş izləri qalmış binəmdə.
Indi vüsal yuva salmış sinəmdə,
Ayrılıqla hicran cəm idi əzəl.
Kayıt Tarihi : 9.3.2019 09:56:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!