Qem elendi Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Qem elendi

Bu imiş tale naxışı,
Yağdı dərd-möhnət yağışı.
Tez gəldi ömrün sərt qışı,
Yer-göy ağ qara bələndi.

Sənsizlikdən qəlb nəm çəkdi,
Sevinc,fərəhi kəm çəkdi.
O qədər qüssə-qəm çəkdi,
Gözüm altı kölgələndi.

Quru qazdım,yaşa çıxdı,
Dəniz suyu başa çıxdı.
Ümidlərim boşa çıxdı,
Xoş günlər geri gələndi?!

Qəm göydə şimşək tək çaxar,
Odu qəlbi yaxar,yaxar.
Göz yaşlarım axar,axar
Ayrılıq ürək dələndi.

Həsrət qaldım sevən yara,
Xatirələr yetməz kara.
Ağ buludlar geydi qara,
Göydən yerə qəm ələndi.

Sevinc Arzulu
Kayıt Tarihi : 14.6.2018 20:06:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu