Qem çağlayır Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Qem çağlayır

Bəxt alına yazılıdır,
Ağ-qaralı cızılıdır.
Səpkiləri qızılıdır,
Sinəm üstdə qəm çağlayır.

Ağ əllərim dönüb buza,
Yaramdan qan sıza-sıza.
Mən neynədim vəfasıza,
Hey gözləri nəm.Ağlayır.

Uzaqda dur, yaxın gəlmə,
Ürəyimin başın dəlmə.
Eh, danışır bircə kəlmə,
Əlaqəni kəm bağlayır.

Sevdalımla aram isti,
Ağ dumana dönər tüstü.
Açılıbdır yaram üstü,
Verərək sitəm yağlayır.

O qız mənə rəqibdi ki,
Sevdiyimə həbibdi ki.
Ah, bu necə təbibdi ki,
Həm sağaldır, həm dağlayır.

Sevinc Arzulu
Kayıt Tarihi : 21.4.2022 14:46:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu