Zirvələri bəyaz edər,
Gecələri ayaz edər.
Daim göydə pərvaz edər,
Yerə düşməz qəm uçağım.
Hörümçək tor toxuyar ki,
Dərddən mahnı oxuyar ki,
Həmişə kif qoxuyar ki,
Qurumaz heç qəm bucağım.
Qəlbimdən keçir taca yol,
Kaş ki göylərə aça yol.
Qaf dağıtək çox uca ol,
Sən igidim, sən qoçağım.
31.05.2019
Kayıt Tarihi : 8.6.2019 18:55:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!