Ayrılıq mənimlə yaman yollaşır,
Qabaran dalğadan, vallah, yol daşır.
Kipriyim gözümün ömür yoldaşı,
Buludlar könlümün ahu-zarıdır.
Bu qədər hay-küylər dövrün bəsidir,
Sədası kəsilməz qatar səsidir.
Bu nə kamançadır, nə tar səsidir,
Inləyən qəlbimin intizarıdır.
Bu şəhrin döngəsi-dalanı çoxdur,
Haqq nədir bilməz ki, yalanı çoxdur.
Satanı bircədir, alanı çoxdur
Təzəcə açdığım qəm bazarıdır.
Kayıt Tarihi : 7.8.2020 06:29:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!