Qem arayım Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Qem arayım

Hanı məndə o ağıl, o fərasət
Hicran ilə edə idim ticarət.
Birdən-birə tikilməz ki imarət,
Pillə-pillə ucalar qəlb sarayım.

Buğda iyi duz-çörəkdən gəlmirsə,
Həsrət təri düz kürəkdən gəlmirsə
Inan, gülüm, sidq-ürəkdən gəlmirsə,
Təsir etməz kimsəyə qəlp harayım.

Qartal uçan zirvələri sar aşmaz,
Həsrət dağın tək-təkcənə yar aşmaz.
Ay əzizim, bilirsən heç yaraşmaz,
Bu yaşımda dərd gəzim, qəm arayım.

Sevinc Arzulu
Kayıt Tarihi : 29.6.2018 06:57:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu