Təbəssüm oyanar hüsn-camalında,
Kişilik dayanar and-amalında.
Hər bir qəhrəmanın xoş xəyalında,
Qıy çəkər Koroğlu, səslənər Cəngi.
Uzaqdan düşmənin əksi görünür,
Məğlubdur.Bayrağı yerlə sürünür.
Hər tərəf al-əlvan rəngə bürünür,
Günəşlə bir vurur qəlbin ahəngi.
Girsə də neçə cür saxta boyağa,
Türk oğlu türkəm mən.Sərvaxt,oyağam.
Daha qalxa bilməz düşmən ayağa,
Dağılıb tifağı,əzilib əngi.
Ilahi hər zaman türkə yar olsun,
Türk eli azad və bəxtiyar olsun.
Dünya sevincimdən xəbərdar olsun,
Sevgiylə çalınır məbədin zəngi,
Sarı bülbül kimi şövq ilə ötək,
Xarı bülbül kimi Şuşada bitək.
Bürüyüb aləmi göy qurşağı tək,
Zəfər bayramının qələbə rəngi.
Kayıt Tarihi : 20.12.2020 16:00:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!