Haqq təməli qoyulub,
Səs-səmiri duyulub,
Yağış yağıb, yuyulub
Qəlbimin küçələri.
Həri almaq istəyib,
Yurdda qalmaq istəyib.
Daxil olmaq istəyib,
Qəlbimə neçələri.
Xar ilə varam-varam,
Edibdi haram-haram
Suyu da aram-aram,
Qəlbimdən içənləri.
Tarın dərdin sim bilir,
Evin yerin him bilir.
Məndən başqa kim bilir,
Qəlbimdən keçənləri.
Bal röyadan ayrılıb,
Xoş xülyadan ayrılıb.
Bu dünyadan ayrılıb,
Qəlbimə köçənləri.
Kayıt Tarihi : 17.10.2021 16:44:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!