Baxdıqca əl işinə,
Rəsm bəhərə döndü.
Sevindim gəlişinə,
Sevinc qəhərə döndü.
Fəxr etdim cəlalınla,
Qəmləndim məlalınla.
Uyudum xəyalınla,
Gecəm səhərə döndü.
Açdım nur qapısını,
Verməz ki tapısını.
Mindim eşq yabısını,
Bəyaz kəhərə döndü.
Aşiqin məhəbbəti,
Onun şanı-şöhrəti.
Içdi şirin şərbəti,
Ehvah, zəhərə döndü
Səma yerlə dilləşdi,
Torpaq suyla əlləşdi.
Elə müasirləşdi,
Kənd də şəhərə döndü.
Sevinc Arzulu
Kayıt Tarihi : 9.3.2019 10:13:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!