Ayrılıq həsrəti qəlbini yaxır,
Hicranın kədəri göyündə çaxır.
O qara gözləri ümidlə baxır,
Görəsən nə duyur kəhər içində.
Başımız üstündə günəş var, ay var.
Dənizin səsində hay var, haray var.
Neçə imarət var, neçə saray var,
Min qala qurulub şəhər içində.
Tənha ürəyimdir səni anan ki,
Pərvanətək şam oduna yanan ki
Ilahi buyruğu olsa inan ki,
Yüz dərman taparsan zəhər içində.
Xoşbəxtlik insanın xoş amalıdır,
Həsrət üzümüzdə kədər xalıdır.
Hər günüm sirlidir, müəmmalıdır,
Görən nə gizlədib səhər içində.
Yenə kim fırladıb tərsinə onu,
Çərx-fələyin dəyişilib səs tonu.
Bu sevdanın yox əvvəli, yox sonu,
Ayrıldıq, ay gülüm, qəhər içində.
Sevinc Arzulu
Kayıt Tarihi : 29.6.2018 10:14:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Sevinc Arzulu](https://www.antoloji.com/i/siir/2018/06/29/qeher-icinde.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!