Günəş sübh tezdən oyanır,
Yer-göy nuruna boyanır.
Özünü adam sayanın,
Sən üstünsən çoxusundan.
Gah sevilib, əzizlənib,
Gah da yolu təmizlənib.
Vüsal harada gizlənib.
Eh, həsrətin qorxusundan.
Nəyə gərək qızıl-gümüş,
Boğulacaq qızıl gülüş.
Çox sevdiyim qızılgülü,
Mən tanıram qoxusundan.
Ruh tək göyə yüksəlirəm,
Yolumu gözlə, gəlirəm.
Səsin titrəyir.Bilirəm,
Sətirlərin oxusundan.
Həyatından doyan dostum,
Məni tənha qoyan dostum.
Nə yatmısan, oyan dostum
Ayıl qəflət yuxusundan.
Kayıt Tarihi : 6.1.2023 16:05:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!