Qefilden Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Qefilden

Tanrının gündüzündə,
Lalə yığdım düzündə.
Elə bil göy üzündən,
Ulduz düşdü qəfildən.

Nağılın yüyrəyinə,
Ürəyin köyrəyinə.
Maralın ürəyinə,
Ağ duz düşdü qəfildən.

Gələn pay qurtarmamış,
Qaynar çay qurtarmamış.
Isti yay qurtarmamış,
Payız düşdü qəfildən.

Al geyinib sən bəzən,
Aşiqin qəlbin əzən.
Yarından ayrı gəzən
Yalqız düşdü qəfildən.

Başqa bir ad daşıma,
Çiynində yad daşıma.
Nədənsə yaddaşıma,
O qız düşdü qəfildən.

Sevinc Arzulu
Kayıt Tarihi : 6.1.2023 16:13:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!