Ayrılıq ən uzaq qitəsidir ki,
Ölümsə görünməz nöqtəsidir ki...
Fələyin amansız diqtəsidir ki,
Günü-gündən artır qəfil ölümlər.
Könlündə dünyaya nifrəti olar,
Zalım taleyinə hiddəti olar.
Həmişə kasıbın qisməti olar,
Bomj yaşayışlar, səfil ölümlər.
Daha kimlər vardır uzun nobatda,
Nolar, Əzraili bir az yubat da.
Günlərin bir günü bəlli saatda,
Bizi də alarsız təhvil, ölümlər.
Ömrümüz bənzəyər bitən nağıla,
Qəlbləri yaxacaq qəmli ağılar.
Sizin tələnizə düşən boğular,
Sağ qalmaz nə aslan, nə fil, ölümlər.
26.01.2019
Kayıt Tarihi : 28.1.2019 08:28:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!