Qedir, oxu Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Qedir, oxu

(Q.Məmmədova)

Sevdiyinin gözü ala,
Yenə də xəyala dala.
Rö`yada yetdin vüsala,
Çin çıxaydı yuxu,Qədir.
Oxu, Qədir,oxu Qədir.

Sevgin sənə qənim oldu,
Göz yaşları mənim oldu.
Ahın duman,çənim oldu
Eşq çələngin toxu,Qədir.
Oxu Qədir,oxu Qədir.

Sən oxudun gözündə yaş,
Niyə ağlayırdın qardaş.
Kədərini böləydim kaş,
Mənim olaydı çoxu,Qədir.
Oxu Qədir,oxu Qədir.

Həmdəmisən sevən kəsin,
Qida verər xoş nəfəsin.
Yaralayar məni səsin,
Neynəyirəm oxu,Qədir.
Oxu Qədir,oxu Qədir.

Yoxla zilini,bəmini
Unutma heç xoş dəmini.
Ürəyimin dərd-qəmini,
Gözlərimdən oxu,Qədir.
Oxu Qədir,oxu Qədir.

Sevinc Arzulu
Kayıt Tarihi : 11.6.2018 10:25:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu