Tanrının nəfəsi gələ,
Qarabağ nəğməsi gələ.
Nüşabənin səsi gələ,
Ana oldun neçə mərdə,
Qədim Bərdə
Erməni əzəldən iblis,
Don geysin xəzəldən iblis.
Qətliam düzəldən iblis,
Düşsün sağalmaz bir dərdə,
Qədim Bərdə.
O, erməni, faşist hayı.
Raket alır lap havayı.
Nakişilikdən savayı,
Əllərindən nə gəlir də,
Qədim Bərdə.
Intiqamın alınacaq,
Zəfər marşı çalınacaq,
Daş abidə salınacaq,
Insanların ölən yerdə,
Qədim Bərdə.
Qoca dünya oyanmayır,
Haqq rənginə boyanmayır.
Qan içməkdən doyammayır,
Düşməninə sinə gər də,
Qədim Bərdə.
Onların son saatı, de,
Itirdilər həyatı, de.
Ağı söylə, bayatı de,
Səsin qalxsın pərdə-pərdə,
Qədim Bərdə.
Dərdimizi duyar cahan,
Şəhid oldu qoca, cavan.
Səninlədir Azərbaycan,
Başda oldun xeyir-şərdə,
Qədim Bərdə.
Kayıt Tarihi : 9.12.2020 10:49:00
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Çok güzeller (yaxshi)
TÜM YORUMLAR (1)