Dostu düşməndən seçmədim,
Günahımdan heç keçmədin.
Qapını döydüm,açmadın
De, hardasan qədər yazan.
Fələk, həsəd et tabıma,
Qulaq as dərd xitabıma.
Mənim ömür kitabıma,
Fərəh sözün hədər yazan.
Dünyanın ən gücsüzü mən,
Əfsanəsi, düzgüsü mən.
Qəm əks edər güzgü sinəm,
Qismətimə kədər yazan.
Kayıt Tarihi : 28.6.2018 06:13:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!