Gümanın günahla əlaqəsi yox,
Necə ki ümidlər gəlmir boşuna.
Görən bəyənərmi həqiqəti çox,
Ya da ki yalanlar gələr xoşuna.
Yenə hardan əsdi şimal küləyi.
Özüylə bir bulud kədər gətirdi.
Qorxuram dayana şair ürəyim,
Məni bu yerlərə qədər gətirdi.
Təbiət quymətli tablo kimidir,
Gözümün önündə yaşıl mənzərə.
Məhəbbət qəlbimin sarı simidir,
Özüm də köklənmiş tara bənzərəm.
11.11.2017
Kayıt Tarihi : 29.4.2018 16:35:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!