Gözəldir şer guşəsi də,
Almazdır qəlb şüşəsi də..
Baharın bənövşəsi də,
Yazda bitəcək qəbrimdə.
Dərd oynar qəm donundaca,
Beşindəcə, onundaca.
Gəlib-gəlib sonundaca,
Kölgə itəcək qəbrimdə.
Qızılgülü yarı bilib,
Tikanını xarı bilib.
Sevgili dildarı bilib,
Bülbül ötəcək qəbrimdə.
Göz yaşını dostum silə,
Arzularım gəlməz dilə.
Ruhum ana torpaq ilə,
Vəslə yetəcək qəbrimdə.
Kayıt Tarihi : 26.5.2022 08:03:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Sevinc Arzulu](https://www.antoloji.com/i/siir/2022/05/26/qebrimde.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!