Qeder qarışıq Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3650

ŞİİR


27

TAKİPÇİ

Qeder qarışıq

Sevdim səni gözlərində qüssə, kədər qarışıq,
Şükür etdim taleyimə qismət, qədər qarışıq.

Nə edim ki sonunacan birləşmədi yolumuz,
Içimdə bir boşluq vard;r heyif, hədər qarışıq.

Bahardan vaxt almışdıq biz vüsal gününə kimi,
Payızla qış birləşərək borcu ödər qarışıq.

Duyğularım, fikirlərim nizam-nizam düzülməz,
Burda mənim günahım yox, fələk edər qarışıq.

Göy səmada birləşibdir Şimal-Cənub küləyi,
Fırlanıban burular hey göylə gedər qarışıq.

Yolun düşsə, ay əzizim,əgər gülli-gülzara,
Qızılgülü yasəmənlə, nərgizlə dər qarışıq.

Sevinc Arzulu
Kayıt Tarihi : 25.6.2018 20:35:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu