Apaydın səmada ulduz görünür,
Necə də tək-tənha, yalqız görünür.
Gözümə yenə də o qız görünür,
Ilahi, qaytar o günləri mənə.
O qızın kədəri, qəmi bilinməz,
Ö qızın gözünün nəmi ilinməz.
Qəlbindən dərdlərin cəmi silinməz,
Ilahi, qaytar o günləri mənə.
O qızın bəxtinin yatan vaxtıydı,
Həsrətin vüsala çatan vaxtıydı.
Hicranı havayı satan vaxtıydı,
Ilahi, qaytar o günləri mənə.
Dodağı səyriyir, ağlamaq istər,
Xəzərə qoşulub çağlamaq istər.
Sevdiyi gənclə əhd bağlamaq istər,
Ilahi, qaytar o günləri mənə.
Illər nə tez ötür, qocalıb o qız,
Nənəlik taxtına ucalıb o qız.
Ayrılıq zalımdan öc alıb o qız.
Ilahi, qaytar o günləri mənə.
13.12.2017
Sevinc Arzulu
Kayıt Tarihi : 5.5.2018 08:10:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!