Qaytar, İlahi Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Qaytar, İlahi

Daş- beton səddləri yıxıb getmişəm,
Ovcumu üzümə sıxıb getmişəm.
Özümdən ayrılıb çıxıb getmişəm,
Ilahi, sən məni özümə qaytar.

Özüm günahkaram.Bunu danmıram,
Kimsəni könlümə həmdəm sanmıram.
Daha odlanmıram,daha yanmıram,
Ilahi, sən məni közümə qaytar.

Uzaqdan görünür qazılan qəbrim,
Qocallam.Azalmır zülümüm,cəbrim.
Əziyyət çəkməyə qalmayıb səbrim,
Ilahi, sən məni dözümə qaytar.

Sevinc Arzulu
Kayıt Tarihi : 18.12.2019 07:12:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu