Sevgiylə qoyulub dünyanın himi,
Məhəbbət de, xoşbəxt edibdir kimi.
Qorxuram qırıla kamanın simi,
Doyunca ağlasın qoy tar eşqimi.
Səni and verirəm qadir Allaha,
Yarıda tərk edib batma günaha.
Sən onun qədrini bilməzsən daha,
Ey gedən, özümə qaytar eşqimi.
Imtihar halına çatacaq indi,
Özünü dənizə atacaq indi.
Dalğalar qoynunda batacaq indi,
Ilahi, nə olar ,qurtar eşqimi.
05.09.2018
Kayıt Tarihi : 7.9.2018 07:58:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Sevinc Arzulu](https://www.antoloji.com/i/siir/2018/09/07/qaytar-esqimi.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!