Qaynayıram men Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Qaynayıram men

Yenə də gözlərim həsrətdən nəmdir,
Qəlbimdə vüsalın lal yeri kəmdir.
Dörd yanım qüssədir, dörd yanım qəmdir,
Kədərin acısın iyləyirəm mən.

Hey kəsir qarşımı döngə, ya dalan
Saralmış gündəlik tək mənə qalan.
Bilməm etdiklərim doğru, ya yalan,
Özüm də bilmirəm neynəyirəm mən.

Zülmətə bürünüb işıqlı aləm,
Daha gül açmaz ki qan rəngli laləm.
Nə səbrim qalıbdır, nə də hövsələm.
Elə içimdəncə qaynayıram mən.

Sevinc Arzulu
Kayıt Tarihi : 30.6.2018 13:12:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu