Min zərbə vururlar solumun üstə,
Kəpənək qonmayır kolumun üstə.
Ot-alaq səpirlər yolumun üstə,
Bağında gül-çiçək bitirdiklərim.
Başımı ah, necə sayaq qatırlar,
Elə bil həmişə oyaq yatırlar.
Indi sağalıblar, ayaq atırlar.
Ölümün ağzından götürdüklərim.
Fələyin zəhərli gülünü dərib,
Xəlvətcə ayaöımaltına sərib.
Neçə yol evimə əliboş gəlib,
Qapımdan pay-puşla ötürdüklərim.
Istərəm ay doğub günəş batmasın,
Dost dostu bir qara pula satmasın.
Görüm heç doyunca kama çatmasın,
Arzu-muradına yetirdiklərim.
Sənə söz deməyə mənimnə həddim.,
Bilməm harda bitir indi sərhəddəm.
Təkcə bir arzum var aman, yarəbbim,
Nə olar, qayıtsın itirdəklərim.
Kayıt Tarihi : 19.1.2022 06:15:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!