Mənəm səndən qayğı uman,
Dönməyinə varmı güman.
Üstünü alıb sis,duman
Çalxalanlr mavi gölüm.
Riya olmaz məhəbbətdə,
Uzaq durram söz-söhbətdən.
Yad eldə,soyuq qürbətdə,
Razı olma sənsiz ölüm.
Dost olaq sadə,səmimi.
Suya qərq etmə gəmimi.
Istəyirəm ki qəmimi,
Sevicimi sənlə bölüm.
Göz önündə şərqli pəri,
Oxuyar bal şərqiləri.
Nağıllaşan Şərqin əri,
Sənsiz ötməz ayım,ilim.
Yaşılı et göy gizlicə,
Həm özünü öy gizlicə.
Qapımızı döy gizlicə,
Geri qayıtmısan bilim.
Sevinc Arzulu
Kayıt Tarihi : 11.6.2018 10:37:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Sevinc Arzulu](https://www.antoloji.com/i/siir/2018/06/11/qayitmisan-bilim.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!