Qızılgülü göz yaşıyla suladım,
Əllərimi öz qanıma buladım.
Gecə-gündüz eşq tonqalı qaladım,
Qayıt geri,qayıt geri sevdiyim.
Mən dedim ki eşqimizin tacı ol,
Demədim ki şirin ikən acı ol.
Nolar,qayıt.dərdimin əlacı ol
Qayıt geri,qayıt geri sevdiyim
Bu dünyanın ilk bəstəsi-məhəbbət,
Sevənlərçün gül dəstəsi-məhəbbət.
Edib məni eşq xəstəsi məhəbbət,
Qayıt geri,qayıt geri sevdiyim.
Başın üstdə əsər hey səmum yeli,
Dağıdar hüsnünü bəzəyən teli.
Sənə məhəbbətim coşqun dağ seli,
Qayıt geri,qayıt geri sevdiyim
Çiçək kimi bitər kolda sevdiyin,
Axtar sağda,axtar solda sevdiyin.
Qoyma qala gözü yolda sevdiyin
Qayıt geri,qayıt geri sevdiyim.
Kayıt Tarihi : 11.6.2018 10:42:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!