Qayıdacağam Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Qayıdacağam


Bu da bir imtahan, sınaqdır bəlkə,
Sən canlı mələksən, mən cansız kolgə.
Ayrılıq zalımı hicranla birgə,
Dəfn edib geriyə qayıdacağam.

Oturma həsrətin qor qucağında,
Quruyub qalarsan kor bucağında.
Kini nifrətimin gur ocağında,
Məhv edib bəriyə qayıdacağam.

Uzaq-uzaq edib qara selləri,
Seyr edib dənizdən mavi yelləri,
Hər zaman kəsilən sarı telləri,
Əvf edib hörüyə qayıdacağam.
11.11.2017

Sevinc Arzulu
Kayıt Tarihi : 29.4.2018 16:06:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu