Qayalar Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Qayalar

Yaşıl mamırdır üzəri,
Nə tayı var,nə bənzəri.
Sahilində göy Xəzərin,
Sıralanıb sal qayalar.

Tərpətməyin siz, amandır,
Oturuşub nə zamandır.
Sirr saxlayan bir şamandır,
Yaranışdan lal qayalar.

Şeirlikdir,qəzəllikdir,
Çox nadirdir, özəllikdir.
Bir bənzərsiz gözəllikdir,
Yer üzünə xal qayalar.

Sevinc Arzulu
Kayıt Tarihi : 16.6.2018 10:27:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu