Nədən belə fələk bizdən öc aldı,
Ah-zarımız göylərədək ucaldı.
Görürsənmi, həsrət necə qocaldıb,
Qırov düşüb kipriyimə, qaşıma.
Ayrılıq uçqun tək bir anlıq oldu,
Göz-gözü görmədi, toranlıq oldu,
Dünya səndən sonra qaranlıq oldu,
Bilirsənmi, nələr gəldi başıma.
Uzatma əlini, yanar, harama,
Özünə qul, kəniz sanar, arama.
Aman fələk dəymə qanar, yarama,
Nə olar ki qaysağını qaşıma.
Bahar gələr, gül-çiçəklər allanar,
Lalələrin al yanağı xallanar.
Illər keçər, xatirələr ballanar,
Yaş üstündən yaş gələcək yaşıma.
Demirəm ki eşq önündə əyil sən,
Qəm çölündə nə küskün,nə veyilsən.
Bilirsənmi, sən qarışqa deyilsən,
Bunca yükü indən belə daşıma.
Kayıt Tarihi : 25.2.2021 05:27:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!