Qayğılarım təninlədir,
Uyğularım çəninlədir.
Duyğularım səninlədir,
Fikirlərim qarma qarış.
Vüsal azar duman-sisdə,
Düzlük gəzmə yaman-pis də.
Kin və nifrət dava istər,
Zikirlərim barış-barış.
Bu nə sual, bu nə sorğu,
Təkcə sənsən könül oğrum.
Ucalır bax göyə doğru,
Şükürlərim qarış-qarış.
Kayıt Tarihi : 29.8.2021 09:23:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!