Geyinib qara donu,
Apardı mərəz onu.
Göründü yolun sonu,
Yaman tez getdin, qardaş.
Haradan əsdi külək,
Ilahi, söylə, bilək.
Əzrail də bir mələk,
Kamına yetdin, qardaş.
Söndürüb od-közünü.
Dedinmi sön sözünü,
Qorumadın özünü,
Eh, sən nə etdin, qardaş.
Qəmərin gözü dolub,
Azadın rəngi solub.
Bəlkə bir çinar olub,
Yol üstdə bitdin, qardaş.
Ağlayır qoşa nəvən,
Kiriməyir İradən.
Donubdur Anar nədən,
Gözündən itdin, qardaş.
Kayıt Tarihi : 20.1.2021 10:16:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!