Qaranlıq olar Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Qaranlıq olar

Aşiq neynəyər ki vəslə yetməsə,
Qaydaya-qanuna əməl etməsə.
Əgər ki işlərim düzcə getməsə,
Gündüzüm gecəm tək qaranlıq olar.

Küləklər qəfildən cövlan eyləyər,
Dünyamı dağıdıb al qan eyləyər.
Məni öz səhvimə peşman eyləyər,
Əkdiyim torpaqlar şoranlıq olar.

Rəngini qaraldıb bunca nifrət, kin,
Yaraşıq verməyir amma və lakin.
Əgər bircə bayquş olarsa sakin,
Abad olan ellər viranlıq olar.
20.!2.2018

Sevinc Arzulu
Kayıt Tarihi : 23.12.2018 15:37:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu