Qarabağı qaytarın Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Qarabağı qaytarın

Yolunu gözləyir Laçın.Kəlbəcər,
Oğlumuz Babəkdir.qızımız Həcər.
Torpağı azad et. Sonra ək,becər,
Hər vaxt sadiq qalaq bu torpağa,gəl.
Qarabağa gəl.

Düşməninə vermə döyüşdə aman,
Erməni hiyləgər.bic olur yaman.
Qələbə marşını çaldığın zaman,
Artsın sevincimiz dönsün dağa,gəl.
Qarabağa gəl.

Vətən olsun söhbətin də.sözün də,
Fərəh yaşı parıldasın gözündə.
Xarıbülbül yığaq Cıdır düzündə,
Şeyda bülbül kimi qon budağa,gəl.
Qarabağa gəl.

Dərdləri deməklə gəlməyir başa,
Yolunu gözləyir Ağdərə,Şuşa.
Gözəl Ağdam bir yaraşıq,tamaşa,
Başına od-alov yağa-yağa gəl.
Qarabağa gəl.

Yadına sal unu qan yaddaşını,
Səslə döyüşlərə yar-yoldaşını.
Sevinc deyər hər vaxt dik tut başını,
Əyilmə düşmənə,qalx ayağa,gəl.
Qarabağa gəl.

Sevinc Arzulu
Kayıt Tarihi : 13.6.2018 07:06:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu