Qarabağ-qan yaddaşım Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Qarabağ-qan yaddaşım

Əsrin qan yaddaşı unudulmayır,
Hər yaddaş ən qanlı günü götürür.
Xalqım anım günün ucuz tutmayır,
O günü nəsildən nəslə ötürür.

Neçə bəla ilə dolu ötən əsr,
Atomun kəşfi də böyük səhv oldu.
Düşdü faşistlərə on minlər əsir,
Işgəncə altında qul tək məhv oldu.

Bir vaxr abad olan Xirosima da,
Atom bombasına qurban da getdi.
Nələr oxuyuram bu daş simada,
Neçə min günahsız insan da getdi.

Bizim faciəmiz yazda başladı,
31 Mart günü-soyqırım günü.
Erməni gülləylə bizi daşladı,
Neçə yüz insanın qaldı tək külü.

Ikinci faciəm-İyirmi Yanvar,
Söylə, kim tarıxdən qanı təmizlər.
Hər il bu gündəcə möhkəm qar yağar,
Tanrı şəhidləri sevər, əzizlər.

Oyadaq xalqları biz haray salıb,
Xatın tək yox olub Xocalımız da.
Kədər Qarabağda bir saray salıb,
Onun tək əsirdir amalımız da.

Süngüyə taxıldı günahsız körpə,
Var bircə günahı”Azəri olmaq”.
Erməni faşisti ruslara kölgə,
Arzusu, muradı Xəzəri almaq.

Dənizdən dənizə, nə sərsəmləmə,
Onun ki bir gilə dənizi yoxdur.
Özgənin züyünə oynar həmişə,
Özünün sifəti, bənizi yoxdur.

Bizimdir İrəvan, bizimdir Göycə
Bu xalqın bir qarış torpağı da yox.
Özü tək qaraçı ağacı belə,
Əyninə geyməyə yarpağı da yox.

Nədəndir bu qonşu qana susayıb,
Gözləri doymayır heç Türk qanından.
“Genosid”gününü aləmə yayıb,
Axsa da durulmaz heç çirk qanında.

Əlini günahsız qana batırıb,
Yüzlərlə oğlumu şəhid eylədi.
24 Aprelin üstdə oturub,
Dünyanı yalançı şahid eylədi.

Hər il təzələnir bu qan yaddaşı,
Xocalı-nəslimin canlı balası.
Demə faciələr daha yadlaşıb,
Xocalı-əsrimin qanlı bəlası.

Daha qan görməsin indiki əsr,
Ümidlər göyərsin çinarlar kimi.
Könüllər tək düşsün fərəhə əsir,
Tezliklə alınsın Qarabağ geri.

Qələbə gününü qeyd eyləyərək,
Badəni badəyə vurarıq hökmən.
Şəninə şeirlə tost söyləyərək,
Yenidə abadlıq qurarıq hökmən.

Baxıb sevincimə, bol fərəhimə
Çıxacaq o anda erməni gözü.
Dostlar qatılacaq al səhərimə,
Daha gur yanacaq Azəri közü.

Sevinc Arzulu
Kayıt Tarihi : 8.8.2020 11:21:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu