Həsrət yenə namə göndəribdi, bax,
Üzünü vüsala çöndəribdi, bax.
Gündüzü gecəyə döndəribdi, bax
Qara tül toxuyur sönən ocağıın.
Üstümə göndərir axın, doymayır,
Hicranın gözünü baxın, oymayır.
Ayrılıq nəğməmi yaxın qoymayır,
Dərdi-qəm oxuyur küncün-bucağın.
Nə vaxtsa bir qəlbdə iki can idik,
Dillərdə əzbərdik, şöhrət-şan idik.
Bir zaman necə də mehriban idi,
Qaranlıq qoxuyur soyuq qucağın.
19.07.2018
Kayıt Tarihi : 19.7.2018 08:16:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!