Ay həyatı hədərim,
Fələk yazdı qədəri.
Sənsizliyin kədəri,
Gözlərimə dolacaq.
Çağrıldı qəm bayatın,
Qara geydi bəy atın.
Nə bileydim həyatın,
Cavan ikən solacaq.
Fələk sözün deyibdir,
Ağlamaq de,eyibdir?
Sənsiz qara geyibdir,
Bu ev-eşik,olacaq.
Qəm ilə doldu gözün,
Qəlbində qaldı sözün.
Daha alışmaz közün,
Çoxdan sönüb od-ocaq.
Açılmaz qəlbin donu,
Tənha qoydular onu.
Bilmədim ömrün sonu,
Belə qara olacaq.
Sevinc Arzulu
Kayıt Tarihi : 16.6.2018 10:31:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!