İçində bahardır, çölündə qışdır,
Bəlkə bir ilğımdır, bir aldanışdır.
Əzəldən gətirmir sevdanın bəxti,
Bu qara yazıdır,qara naxışdır.
Bu qara yazını kim ağardacaq?
Kim əhəng çəkəcək qaranın üstə.
Deyəsən könlümü sim ağladacaq,
Bax, duz da basıbdır yaramın üstə.
Yaram asta-asta yaman göynəyir,
Təbib, dərman gətir üstünə sürtüm.
Mən indi bilmişəm yer nə, göy nədir
Ayrılıq önündə qızarıb pörtüm.
Çünki ayrılığın həyası yoxdur.
Qapını döymədən içəri girir.
Eh, onun saflıqdan mayası yoxdur,
Duyğular olubdur köçəri bir-bir.
Mənim ümidimsə qalıb Allaha,
Tezliklə qapımı döyəcək vüsal.
Dərd çəkib batmıram naləyə,aha,
“Salam.Xoş gəlmişəm”-deyəcək vüsal.
Kayıt Tarihi : 2.6.2020 06:59:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!