Qara Murad efsanesi Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Qara Murad efsanesi

Tarixin içində itib azanlar,
Indi də özləri də tarix yazırlar.

Uşaq vaxtı ərköyündün, dəcəl idin,
Sən böyüdün.Fürsət tapdı əcəl indi.
Dərsdən qaçıb düzdə futbol oynayırdın,
Hirslənəndə hayıfını bir kimsədə qoymayırdın.

Müəllimi gətirmişdin zara, Murad,
Sənə ad da qoymuşdular:Qara Murad.
Bəlkə bir az kasıbçılıq sıxdı səni,
Döyüşlərdə igidliyin, Murad, üzə çıxdı sənin.

Vinetka da almamışdın, bir şəkilin yoxdu evdə,
Amma sənli xatirələr çoxdu evdə...
Divardadır yumruğunun nişanəsi,
Daş güzgünün önündədir qara telin ağ şanəsi.

Böyüdünüz an içində neçə fəsil,
Sizin ilə fəxr edəcək neçə nəsil.
Yayılacaq uzaqlara Qarabağın təranəsi.
Dillərdə dastan olacaq Qara Murad əfsanəsi.

Qara Murad.Qaralığın qaranlığa işıq oldu,
Mərdliyini görən fələk tezcə sənə aşiq oldu.
Apardı haqq dünyasına.
Dostlar gəlibdir yasına.

Biri deyir haqq işinə dəli Kür tək çağlamışdı,
Biri deyir səhv sözümə mənnən küsü bağlamışdı.
Biri deyir bilməz idik belə igid olacaqdır,
Şanlı Ordumuzla birgə neçə rayon alacaqdır.

Bəlkə sənin qəlb verdiyin gözəl vardı,
Təkcə sənin ürəyinə özəl yardı.Nə bilək ki...
Anaların göz yaşını nə ilə de, biz silək ki....
Sənin kimi neçə-neçə oğullarım,
Şirinlərim, noğullarım
Ah,tuş gəldi faşist hayın gülləsinə,
Ağır, qanlı döyüşlərdə
Düşmənlərin həmləsinə gərdiz sinə.

Vətən azad olsun deyə qurban gedən qəhrəmanlar,
Ordumuzdan qorxub qaçlr mənfur yanlar.
Torpağın hər qarışında şəhidlərin qanı vardır,
Hər qaranlıq gecəmizin söküləcək danı vardır.

Artıq azad olacaqdır yağılardan Qarabağım,
Gələcəkdir gözəl dövran, gül açacaq solan bağım.
Bayrağımız dalğalanar Qarabağda,can Şuşada,
Ruhlarınız sevinəcək səmada, hər an Şuşada.

Siz bizim and yerimizsiz, məzarınız ziyarətgah,
Sizə cənnət bəxş eləsin ulu Tanrı, qadir Allah.
Biz sizlərin sayəsində qalib gəldik düşmənə,
Qarşınızda baş əyirik ruhunuzun, dönə-dönə...

Sevinc Arzulu
Kayıt Tarihi : 9.12.2020 10:32:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.
  • Ömer Duru
    Ömer Duru

    Destan gibi..

    Maaşallah

    Cevap Yaz

TÜM YORUMLAR (1)

Sevinc Arzulu