Ürəyimdə ötən göynər,
Ağrı çəkən Vətən göynər.
Bir əlimdə kətan köynək,
Bir əlimdə qara fırça.
Arzuların cəmisi nə,
Minib hicran gəmisinə.
Düşüb mina zəmisinə,
Ümidlərim param-parça.
Nə danışıb dinirsən sən,
Əsəb atın minirsən sən.
Bilsəm geri dönürsən sən,
Yolun üstə sərrəm xalça.
09.05.2019
Sevinc Arzulu
Kayıt Tarihi : 29.5.2019 11:07:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!