Dalğalanar söz dənizim,
Saralıbdır gül bənizim.
Dediyimiz olmaz bizim,
Çün, taleyin əlindəyik.
Xəyal atımıza minək,
Göydə çapaq ,yerə enək.
Qoşa qu quşuna dönək,
Biz sonalar gölündəyik.
Dəcəlləşək, qoçaqlaşaq,
Qocaldıqca uşaqlaşaq.
Tezcə burdan uzaqlaşaq,
Qəmin qara çölündəyik.
Sevinc Arzulu
Kayıt Tarihi : 14.6.2018 19:49:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!