Qar yağarmış Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Qar yağarmış

Şeir yazdım gecə hamı yatanda,
Günəş çıxıb ay-ulduzlar batanda.
Bilməz idim zaman gəlib çatanda,
Güvəndiyim dağlara qar yağarmış.

Bəzən payız bahar ilə tən olur,
Yağış olur, ayaz olur, çən olur.
Günəş nuru içən palıd şən olur,
Çinar əllər buluddan qəm sağarmış.

Vaxtın varsa bir bizə də dəyəsən,
Qapımızın çaxçaxını döyəsən.
Özünü şah hesab edir deyəsən,
Bu ayrılıq yaman yelli, dağarmış.

Həm sevincim, həm fərəhim, həm qəmim,
Zikr ilə keçir mənim hər dəmim.
Nə dostum var, nə də yaxın həmdəmim,
Sarı saçlar tənhalıqdan ağarmış.

Sevinc Arzulu
Kayıt Tarihi : 23.12.2021 07:43:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu