Qara həsrət mənim oldu,
Ahım duman-çənim oldu.
Öz-özümə qənim oldum,
Sən mənim xar ürəyimsən.
Ocağımdan köz alırsan,
Baxışınla söz alırsan.
Rastlaşanda qızarırsan,
Sən mənim nar çiçəyimsən.
Dərdə hicran daşıdıram,
Qəmli nəğmə eşidirəm.
Görcək yaman üşüdürəm,
Sən mənim qar mələyimsən.
09.03.2015
Sevinc Arzulu
Kayıt Tarihi : 8.6.2018 14:00:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!