Əlimdə həsrətin qar heykəlciyi,
Gözümdə vüsalın eynəyi vardır.
Burnumda titrəyir ətirin, iyin
Qəlbimdə hicranın göynəyi vardır.
İsti otaqdaca heykəl əridi,
Özü də beləcə əriyəydi kaş.
Suyu damla-damla yerə səpildi,
Sevindi baxdıqca gözümdəki yaş.
Vermə həllolunmaz misalı mənə,
Qədərin bizimlə axı nə qəsdi.
Niyə dost olmadı vüsalın mənə,
Ayrılıq eləcə yolumu kəsdi.
23/11/2017
Kayıt Tarihi : 30.4.2018 07:12:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!